Təcrübəçi (Vergi və Mühasibatlıq şöbəsi)
Təcrübəçi (Vergi və Mühasibatlıq şöbəsi)
Full-time
08.10.2026
İŞİN TƏSVİRİ
- Mühasibatlıq və vergi şöbəsinin gündəlik fəaliyyətində iştirak edilməsi;
- İlkin mühasibat sənədlərinin toplanması, yoxlanılması, sistemləşdirilməsi və işlənməsində iştirak edilməsi;
- Vergi və mühasibat uçotunun aparılması proseslərinə dəstək göstərilməsi;
- Vergi bəyannamələrinin və mühasibat hesabatlarının hazırlanmasında iştirak edilməsi;
- ƏDV, mənfəət vergisi və digər vergi göstəricilərinin hesablanması və təhlilində iştirak edilməsi;
- Vergi öhdəliklərinin və ödənişlərinin izlənilməsi prosesində iştirak edilməsi;
- Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsinə dəstək göstərilməsi;
- Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması üzrə proseslərdə iştirak edilməsi;
- Excel proqramında məlumatların işlənməsi, uçot cədvəllərinin və hesabatların hazırlanmasında iştirak edilməsi;
- Mühasibat və vergi sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsində iştirak edilməsi;
- Müvafiq sənədlərin hazırlanması və daxili yazışmalarda iştirak edilməsi;
- Şöbənin digər cari tapşırıqlarının icrasında iştirak edilməsi.
QEYDLƏR
- Təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə 4-cü kurs tələbələri və ya magistratura səviyyəsində təhsil alan şəxslər;
- İş təcrübəsi: Tələb olunmur (mühasibatlıq və vergi sahəsi üzrə baza biliklərinin olması üstünlükdür);
- Mühasibat uçotu və vergi əsasları üzrə ilkin biliklər;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Excel proqramında ilkin səviyyədə işləmə bacarığı;
- Öyrənməyə açıq, məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə və ünsiyyət bacarıqları;
- Sənədlərlə işləmək və məlumatların məxfiliyini qorumaq bacarığı.
Vakansiya haqqında
-
Vakansiya növü
Full-time -
PAYLAŞILDI
08.09.2026 -
SON TARİX
08.10.2026
İNDİ MÜRACİƏT EDİN