Müstəqil Azərbaycan dövlətinin formalaşmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov və Holdinqin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.