search-icon
Back
GERİ

“Azərsilah” QSC “Defence Servıces Asıa 2026” sərgisində iştirak edir

“Azərsilah” QSC “Defence Servıces Asıa 2026” sərgisində iştirak edir

20–23 aprel 2026-cı il tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “Defence Services Asia (DSA) 2026” beynəlxalq müdafiə sərgisində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Emil İbrahimovun başçılığı ilə nümayəndə heyəti stendlə iştirak edir.

 

“Defence Services Asia (DSA)” sərgisi Asiya-Sakit okean regionunun ən nüfuzlu müdafiə tədbirlərindən biri hesab olunur. İki ildən bir keçirilən sərgi dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi şirkətlərini, dövlət qurumlarını və hərbi nümayəndələri bir araya gətirərək qabaqcıl texnologiyaların təqdimatı, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün geniş platforma yaradır.

 

Sərgi çərçivəsində “Azərsilah” QSC tərəfindən Azərbaycanın müdafiə sənayesində istehsal olunan geniş məhsul portfeli təqdim olunur. Ekspozisiyada atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, kəşfiyyat vasitələri, döyüş sursatları, artilleriya döyüş sursatları və pilotsuz uçuş aparatları yer alır. Bu təqdimat “Azərsilah” QSC-nin istehsal və inkişaf imkanlarını, həmçinin müasir döyüş tələblərinə uyğun məhsullarını nümayiş edir.


 “Azərsilah” QSC-nin “Defence Services Asia 2026” sərgisində iştirakı beynəlxalq bazarda mövqeyin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının genişləndirilməsi və Azərbaycanın müdafiə sənayesi potensialının təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır.

Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1

DAHA ÇOX XƏBƏR