Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-da “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin rəhbərliyi Bakıda yerləşən "Ana harayı" abidəsini ziyarət edib.
Rəhbər heyət abidənin önünə gül dəstələri qoyaraq Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş faciədir. Bu faciənin qurbanlarının xatirəsi daim hörmət və ehtiramla anılır.