search-icon
Back
GERİ

Prezident İlham Əliyev “Azərsilah” QSC-nin "ADEX 2026" ekspozisiyası ilə tanış olub.

Prezident İlham Əliyev “Azərsilah” QSC-nin "ADEX 2026" ekspozisiyası ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin ekspozisiyası ilə tanış olublar.

Ziyarət zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Azərsilah” QSC-nin sərgidə nümayiş etdirdiyi müasir müdafiə sənayesi məhsulları və innovativ həllər təqdim olunub.

Ekspozisiyada “Azərsilah” QSC-nin istehsal imkanlarını və inkişaf edən məhsul portfelini əks etdirən müxtəlif təyinatlı müdafiə sənayesi məhsulları, eləcə də yeni nəsil texnoloji həllər nümayiş etdirilib.

2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində yaradılan “Azərsilah” QSC silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirir. İstehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlığın inkişafı qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

“ADEX” regionun aparıcı hərbi-texnoloji platformalarından biri olmaqla müasir hərbi texnologiyaların və avadanlıqların, eləcə də Azərbaycanın müdafiə sənayesi imkanlarının nümayiş etdirilməsində mühüm rol oynayır.


Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Gallery img 2
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1
Thumbnail 1

DAHA ÇOX XƏBƏR