Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və “Azərsilah Müdafiə Sənayesi Holdinqi” QSC-nin Baş direktoru Emil İbrahimov tərəfindən bir sıra yüksək səviyyəli görüşlər keçirilib.
Sərgi müddətində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun ST Engineering, Çexiyanın Colt CZ, Çinin ALIT və CETCI, Türkiyənin BAYKAR, TUSAŞ və HAVELSAN, həmçinin Amerika Birləşmiş Ştatlarının Trillium şirkətinin rəhbər şəxsləri ilə görüşlər baş tutub.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan İslam Respublikası Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Sudan Respublikasının müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundi Respublikası müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə də görüşlər keçirilib.
Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının General Dynamics, Teledyne FLIR və Ansys şirkətlərinin rəhbər şəxsləri ilə müzakirələr aparılıb.
Görüşlər zamanı müdafiə sənayesində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, istehsal və elmi potensialın inkişafı, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, birgə tədqiqat imkanları, kadr hazırlığı və təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri də müzakirə mövzusu olub.